Nepal təbii fəlakətlərlə mübarizə aparır – 100 nəfər ölüb


Nepalda baş verən güclü daşqınlar və torpaq sürüşmələri Himalay ölkəsində ən azı 100 nəfərin həyatına son qoyub.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, iki gün davam edən intensiv yağışlardan sonra paytaxt Katmandu ətrafındakı vadini su basıb və onlarla insan hələ də itkindir.
Bildirilir ki, çay yatağının yaxınlığında yerləşən yaşayış məntəqələrində minlərlə ev su altında qalıb və bir çox magistral yollar bağlanıb.
“İnsanlar evlərinin damlarında xilasedicilərin köməyə gəlməsini gözləyir”, - nəşr yazır.
Hökumət sözçüsünə görə, indiyədək 3000-dən çox insan xilas edilib.
Qeyd edək ki, Musson mövsümü Nepalda hər il daşqınlar və torpaq sürüşmələri meydana gəlirr. Mütəxəssislərin sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən yağışla bağlı baş verən təbii fəlakətlər hər il daha da intensivləşir.

DİGƏR XƏBƏRLƏR

Top