MLS çempionatının növbəti oyununda lider “İnter Mayami” doğma meydanında “Şarlotta”nı qəbul edib.
Yeniavaz.com xəbər verir ki, görüş heç-heçə ilə yekunlaşıb – 1:1.
57-ci dəqiqədə qonaqların polşalı hücumçusu Karol Sviderski hesabı açıb. “İnter Mayami” 67-ci dəqiqədə Argentina yığmasının 37 yaşlı hücumçusu, dünya çempionu və Amerika kubokunun ikiqat qalibi Lionel Messinin vurduğu qol sayəsində məğlubiyyətdən yaxa qurtarıb.
Qeyd edək ki, “İnter Mayami” 31 oyundan sonra 65 xalla turnir cədvəlinə başçılıq edir.