27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri İvan Kondov ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektlərinin mövcudluğu məmnunluqla qeyd edilib.
Xüsusilə, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirdiyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın vacib olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgəd mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində görülmüş işlərdən bəhs olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.