İsrail Müdafiə Qüvvələri (İDF) Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya qəsəbəsində yerləşən “Hizbullah”ın mərkəzi qərargahına hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF-nin bəyanatında deyilir.
İDF sözçüsü Daniel Həqarinin sözlərinə görə, qərargah yaşayış binalarının altında yerləşib. İsrailin “Ynet” portalının məlumatına görə, hücumun hədəfi “Hizbullah” lideri Həsən Nəsrullah olub. Xaqari ordunun məqsədinə nail olub-olmadığını dəqiqləşdirməyib.
“Hizbullah”a yaxın mənbənin AFP-yə verdiyi məlumata görə, Beyrutda hava hücumu nəticəsində 6 bina dağılıb.