Britaniyalı aktrisa Meqqi Smit 89 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BBC News” onun oğulları Tobi Stivens və Kris Larkinin bəyanatına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Smit həyatının son günlərini Londonun Çelsi və Vestminster xəstəxanasında yaxınlarının əhatəsində keçirib.
Meqqi Smit iki “Oskar”, yeddi BAFTA mükafatı, dörd “Emmi”, üç “Qızıl Qlobus”, beş Ekran Aktyorları Gildiyası Mükafatına malikdir.
Smit 1952-ci ildən kino və teatrda çıxış edir. O, “Downton Abbey” tarixi dramında qrafinya Vayolet Krouli və “Harry Potter” filmlərində professor Minerva Makqonaqal da daxil olmaqla onlarla rolu ilə tanınır. Aktrisanın rol aldığı digər filmlər arasında “Nildə ölüm”, “Mənzərəli otaq”, “Missioner” və “Birinci xanımlar Klubu” var.