Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsində baş verən güclü yanğına görə “Xəzər TV”nin binası boşaldılıb, əməkdaşları təxliyə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xəzər Media Mərkəzi”nin sosial şəbəkə hesabında məlumat dərc olunub.
Qeyd edək ki, sözügedən ünvanda günorta saatlarında başlayan yanğın artıq məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.