Tramp bu dəfə imzası olan qol saatlarını satışa çıxardı


ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası sabiq prezidentin imzası və şəkli olan qol saatlarının satışına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə saatın satıldığı “Trump Watches” saytında bildirilib.
Saytın məlumatına görə, 122 brilyantdan ibarət “Tourbillon” modeli 100.000 dollara başa gəlir. “Fight Fight” adlanan digər model isə saatın arxasındakı dizayndan asılı olaraq alıcılara 499 və ya 799 dollara təklif olunur. Həmçinin, saatların arxasında Trampın şəkili və imzası da həkk olunub. Hər iki model 18 karatlıq qızıldan hazırlanıb.
Birinci modelin 147, ikinci modelin isə 1000 ədədi artıq sifariş üçün hazırdır.
“Bunları çox bəyənəcəksiniz. Milad hədiyyəsi edin. Gözləməyin, tez satılacaqlar. İndi Trump qol saatı alın!” - deyə Respublikaçı “Truth Social”da yazıb.
Qeyd edək ki, iyulun 13-də Trampın sui-qəsd cəhdindən sonra onun seçki kampaniyasında yanaqları qanlı respublikaçının şəkli əks olunan idman ayaqqabıları buraxılıb. “Müqəddəs Həftə” zamanı isə 60 dollara Tramp İncilləri satışa çıxarılıb. “NBC News”un məlumatına görə, Tramp bundan təxminən 300 min dollar qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top