Bu ilin ilk yarısında bankların kredit portfeli 19,4% və ya 4,1 milyard manat artaraq 25,4 milyard manata çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu artımdan sonra Azərbaycanda ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1,4 faiz bəndi artaraq 53,8% olub.
Məlumat üçün qeyd edək ki, kredit portfelinin 53,8%-ni əlində cəmləyən 3 bank aşağıdakılar olub:
- Azərbaycan Beynəlxalq Bankı – 5 milyard 807,9 milyon manat;
- KapitalBbank – 4 milyard 783,1 milyon manat;
- PAŞA Bank – 3 milyard 86,9 milyon manat.
Elnur Əli