Maduro “WhatsApp”ı casusluqda ittiham etdi


Venesuela Prezidenti Nikolas Maduro “WhatsApp” messencerini Bolivar Respublikasının sakinləri haqqında casusluq məlumatları toplamaqda ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Silahlı Qüvvələrin 19-cu ildönümü ilə bağlı çıxışı zamanı bildirib.
Maduro deyib ki, bir çox dövlət məmuru messencer vasitəsilə təhdid mesajları alıb, bu mesajlarda onların şəxsi və yaxınlarına məxsus məlumatları da var.
Venesuela Prezidenti qeyd edib ki, “WhatsApp” kimi mexanizmlərdən istifadə edilərək, əhali arasında casusluq həyata keçirilib,
Qeyd edək ki, avqust ayında Venesuelanın Milli Telekommunikasiya Komissiyası “X”i 10 gün müddətinə bloklamışdı. Qərarı izah edən Maduro, “X”in bütün normaları pozaraq, nifrət, faşizm, vətəndaş müharibəsi təbliğatı apardığını və Venesuelanın bütün qanunlarını pozduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top