“Fənərbağça” UEFA Avropa Liqasına qələbə ilə başladı


“Fənərbağça” UEFA Avropa Liqasının ilk həftəsində qonaq etdiyi Belçika təmsilçisi "Union Saint-Gilloise"ni məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, “Ülkər” stadionunda keçirilən matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.
Sarı-göylülər 26-cı dəqiqədə Çağlar Söyüncünün qolu ilə önə keçib. 82-ci dəqiqədə Kristian Burgessin avtoqolu ilə fərq 2-yə yüksəlib. 90+3-cü dəqiqədə qonaq komandadan Ross Sykes fərqlənsədə, “Fənərbağça” meydandan 2-1 qalib ayrılıb.
UEFA Avropa Liqasının ikinci həftəsində “Fənərbağça” oktyabrın 3-ü səfərdə “Twente” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top