Səkkiz ildən sonra dövlət büdcəsinin xərcləri azaldılır


Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri Prezident İlham Əliyevə təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin təsdiq olunan büdcəsi ilə müqayisədə 2025-ci ilin büdcə gəlirləri 0,6% çox, xərclər isə 0,2% az olacaq.
Onu da bildirək ki, Azərbaycanda dövlət büdcəsinin xərcləri 8 ildən sonra yenidən aşağı salınır. Belə ki, sonuncu dəfə 2017-ci ildə dövlət büdcəsinin xərcləri əvvəlki illə müqayisədə daha az olub.
2016 – 18 495 milyon manat;
2017 – 17 941 milyon manat;
2018 – 23 100 milyon manat;
2019 – 25 190 milyon manat;
2020  - 27 492,2 milyon manat;
2021 – 28 543 milyon manat;
2022 – 32 303,8 milyon manat;
2023 – 36 624,8 milyon manat;
2024 – 39 742 milyon manat;
2025 (proqnoz) – 39 667,6 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top