Rusiya Qətərin vasitəçiliyi ilə 9 uşağı Ukraynaya təhvil verdi


Rusiya Qətərin vasitəçiliyi ilə 9 uşağı Ukraynaya təhvil verib.
Yeniavaz.com
“RBK”ya istinadla xəbər verir ki, mərasim Yaxın Şərq dövlətlərindən birinin Moskvadakı səfirliyində baş tutub.
Tədbirdə Qətər səfiri Əhməd bin Naser bin Casim Əl Tani və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova iştirak ediblər.
Uşaqların yaşı 12-17 aralığında olub.
Lvova-Belova uşaqların əksəriyyətinin Rusiyada yaxın qohumlarının, əsasən də nənə və babalarının yanında yaşadığını deyib.
Belə ki, 17 yaşlı bir qız nənəsi ilə Krımda yaşasa da, Kiyevdəki anasının yanına köçmək istəyib.
Ötən gün isə Ukrayna tərəfinin təhvil verdiyi 4 uşağın Rusiyada ailələrinə qovuşması mərasimi keçirilib. Mərasim Qətərin Moskvadakı səfirliyində baş tutub. Son iki qrup uşaq nəzərə alınmaqla, ümumilikdə bu vaxta qədər 80 uşaq Ukrayna tərəfinə, 13 uşaq isə Rusiya tərəfinə təhvil verilib.
Lvova-Belova RBK-ya bildirib ki, Moskva daha 18 uşağın Rusiyada öz yaxınlarına qovuşması üçün işləri davam etdirir. Onlardan 8-i Almaniya, Hollandiya, Polşa və İsveçrədədir.

DİGƏR XƏBƏRLƏR

Top