Deputatlar ilk iclasda Naxçıvan Ali Məclisinə sədr seçə bimədilər


Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətə başladığını bildirib, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatının aparmalı olduğunu diqqətə çatdırıb.
Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.
İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb. Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib.
Daha sonra Ali Məclis sədrinə müavinlər seçilib və bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top