Sığorta bazarında yığımların 88%-i 3 şirkətin əlində cəmlənib


Bu ilin ilk 8 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən yığılan 927,7 milyon manat məbləğində sığorta haqqının 69,5%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 644,7 milyon manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 99 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 73,6 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 88%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətinin əlində cəmlənib.
Bu ilin ilk 8 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 817,3 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 1,5 milyon manatlıq yığımla “Bakı Sığorta” və 4,9 milyon manatlıq yığımla “İpək Yolu Sığorta” şirkətləri olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top