Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmayıb - onun mühafizəçiləri müxbiri kənara sıxışdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə videonu jurnalist və Nyu-Yorkdakı VGTRK bürosunun rəhbəri Valentin Boqdanov öz teleqram kanalında paylaşıb.
“Niyə Rusiya ilə danışıqlar aparmaq istəmirsiniz? Əlaqə saxlamaq və ya zəng etməkdə problem nədir?” – jurnalist sual verib.
Qeyd edək ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, çıxışı zamanı bildirib ki, Ukraynadakı münaqişəni “danışmaqla sakitləşdirmək mümkün deyil və Rusiyanı ancaq sülhə məcbur etmək olar”.