“Böyük banklar qızıl qiymətlərinin artmağa davam edəcəyini gözləyirlər” – “Reuters”


Bir sıra banklar qızıl qiymətlərinin artmağa davam edəcəyini və 2025-ci ildə yeni zirvələrə çatacağını gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilir ki, bu, birja fondlarına böyük vəsait axınının bərpası və aparıcı mərkəzi bankların, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin əlavə faiz endirimlərinin gözlənilməsi ilə bağlı olacaq.
İsveçrənin UBS bankının analitikləri hesab edirlər ki, qiymətli metalın qiymətləri yaxın 6-12 ay ərzində arta bilər. Amerikalı “JP Morgan” bankı qızılın qiymətinin 2025-ci ildə bir troya unsiyası üçün 2850 dollara çata biləcəyini proqnozlaşdırır, “Bank of America” və Avstraliyanın “Macquarie” investisiya bankı isə qiymətin unsiya üçün 3 min dollara yüksələ biləcəyini düşünür.

DİGƏR XƏBƏRLƏR

Top