Culian Assanc Avropa Şurasında çıxış edəcək


“WikiLeaks” qeyri-kommersiya təşkilatının təsisçisi Culian Assanc oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsində çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə “WikiLeaks”in rəsmi hesabında məlumat yayıb.
Bildirilir ki, Assanc siyasi məhbuslar üzrə məruzəçi Sünnə Evarsdottirin hesabatını dərc etdikdən sonra AŞPA-ya çağırılıb. Sənəddə Assancın siyasi məhbus olduğu bildirilir və Britaniya hakimiyyəti “WikiLeaks”in təsisçisinin qeyri-insani rəftara məruz qalıb-qalmamasını araşdırmağa çağırır.
Qeyd olunur ki, Assanc AŞPA Komitəsi qarşısında çıxışında onun həbsinin siyasi motivli olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək sübutlar verəcək.
Xatırladaq ki, ABŞ-də Assanc ABŞ tarixində ən böyük məxfi məlumat sızmalarından biri ilə bağlı cinayətlərdə ittiham olunub. İyunun 26-da WikiLeaks-in qurucusu ABŞ prokurorları ilə razılığa gəldikdən və günahını qismən boynuna aldıqdan sonra Britaniya həbsxanasından azad edilib. Beş il həbsdən sonra azadlığa çıxıb və Avstraliyaya yollanıb. ABŞ səlahiyyətliləri onun xüsusi icazə olmadan ölkəyə daxil olmasına qadağa qoyub.

DİGƏR XƏBƏRLƏR

Top