
Sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikasının vətəndaşları saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaherdir.
“Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz