
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, İdarənin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.
“Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib”, - məlumatda deyilir.

Tətbiqimizi yükləyə bilərsiniz