Varan 31 yaşında karyerasını başa vurdu


Fransalı müdafiəçi Rafael Varan 31 yaşında karyerasını başa vurub.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Varanın son klubu azad agent kimi keçdiyi İtaliyanın “Komo” klubu olub. Ulduz futbolçu klubla ilk matçında ciddi zədə alıb və mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Beləliklə, fransalı klubda cəmi 23 dəqiqə meydanda olub.
Daha sonra “Komo”nun Varanı A seriyasında yeni mövsüm üçün iştirak ərizəsindən çıxardığı məlum olub.
Qeyd edək ki, Varan “Real Madrid”, “Mançester Yunayted” və Fransa millisindəki çıxışları ilə tanınıb. 2018-ci ildə Varan Fransa millisinin tərkibində dünya çempionu olub. O, “Real Madrid”lə 4 dəfə Çempionlar Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top