ABŞ-də prezidentliyə namizədlərin müdafiəsi gücləndirilir


ABŞ Senatı keçmiş Amerika lideri Donald Trampın həyatına iki sui-qəsd cəhdindən sonra prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən həyata keçirilən tədbirlərin gücləndirilməsinə dair qanun layihəsini dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, iclas Amerika qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
Senatorlar bu təşəbbüsü yekdilliklə təsdiqləyiblər.
O, Məxfi Xidmət rəhbərindən prezidentləri, vitse-prezidentləri və əsas partiyanlardan prezidentliyə və vitse-prezidentliyə namizədləri qorumaq üçün vahid standartlar tətbiq etməyi tələb edir.
Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən yekdilliklə dəstəklənib, indi isə imzalanması üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.
Qeyd edək ki, sentyabrın 15-də ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampın olduğu Florida ştatının Palm-Biç şəhərindəki “Trump International Golf Club”da baş verən atışma ilə bağlı araşdırma elan edib. Hadisə onun həyatına qəsd kimi qiymətləndirilib. Bu hadisə Pensilvaniya ştatının Batler şəhərində Trampa sui-qəsddən təxminən iki ay sonra baş verib. Keçmiş dövlət başçısı iyulun 13-də seçkiqabağı mitinqdə güllələnib. Respublikaçı qulağından yüngül yara alıb. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks ABŞ Məxfi Xidməti tərəfindən zərərsizləşdirilib. FTB hadisənin qətlə cəhd kimi qiymətləndirildiyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top