“Taliban” əfqan kişiləri üçün bir sıra qadağalar tətbiq etdi


Əfqanıstanda hakimiyyətdə olan “Taliban” kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Nəşr qeyd edir ki, yeni qanunlar avqustun sonunda qəbul edilib. Onların məqsədi xarici görünüş və davranış baxımından “qeyri-müsəlmanların” təqlidini qadağan etməkdir. İndi əfqan kişilərinə cins şalvar və dəbli saç düzümü qadağası ilə yanaşı, saqqallarını yumruqlarından qısa kəsdirmək, həmçinin arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağan edilib.
Yerli sakinlər yeni məhdudiyyətləri gözlənilməz sürpriz adlandırıblar.
Qeyd edək ki, avqust ayında “Taliban” qadınlara ictimai yerlərdə danışmağı, üzlərini göstərməyi və nazik parçadan paltar geyinməyi qadağan edib.

DİGƏR XƏBƏRLƏR

Top