Ermənistan parlamentinin sədri Alen Simonyan və Azərbaycan parlamentinin sədri Sahibə Qafarova oktyabrda Cenevrədə ölkələr arasında sülh yolu ilə nizamlanma məsələsi ilə bağlı görüşəcəklər.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.
“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində üçüncü dəfə keçiriləcək”, - məlumatda deyilir.
Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.
Qeyd edək ki, bundan öncə mayın 16-da Ermənistan və Azərbaycanın qanunverici orqanlarının rəhbərləri görüşüb.