“Tesla”nın səhmləri bahalaşdı


Bu ilin üçüncü rübündə elektrikli avtomobil tədarükü ilə bağlı optimist proqnoz fonunda “Tesla”nın səhmləri təxminən 5 faiz artıb.
Yeniavaz.com
“Barron's”a istinadla xəbər verir ki, qiymətli kağızların artan qiyməti sayəsində şirkət ili itkisiz başa vurmaq imkanı əldə edib.
Sentyabrın 23-də ticarətin sonunda “Tesla” səhmləri 4,93 faiz bahalaşaraq, bir səhm üçün 250 dollara yüksəlib. Ertəsi gün onlar daha 1,28 faiz bahalaşıb.
Mütəxəssislərin sözlərinə görə, “Barclays” analitiki Den Levinin üçüncü rübdə tədarüklərə dair nikbin proqnozu (o, tədarüklərin 8 faiz artaraq 470 min ədədə çatacağını gözləyir), həmçinin oktyabrın 10-na planlaşdırılan robotaksi təqdimatı ilə bağlı proqnozlar şirkətin “zərərsiz zonaya” qayıtmasına səbəb olub.
Ancaq mənfəət son beş ilin ən aşağı göstəricisini təşkil edib. Bunun fonunda şirkətin səhmləri NASDAQ birjasının pre-markerində demək olar ki, 8 faiz ucuzlaşıb.
Şirkət tələbi canlandırmaq və süni intellekt layihələrinə xərcləri artırmaq üçün avtomobil qiymətlərini endirdikdən sonra daha az qazanmağa başlayıb.
Səhm başına düzəliş edilmiş mənfəət 0,52 dollar olub ki, bu da gözləniləndən 17 faiz aşağıdır.

DİGƏR XƏBƏRLƏR

Top