
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamənin müzakirəsini başa çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın ali məhkəmə orqanının mətbuat xidmətindən məlumat verilib.
“Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların mövqeyinin konstitusiyaya uyğunluğu ilə bağlı işə baxılmasını başa çatdırıb”, - məlumatda qeyd edilib.
Mətbuat xidməti qərarın nə vaxt dərc olunacağını hələlik dəqiqləşdirməyib.
Qeyd edək ki, sentyabrın 2-də Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsini dərc edib.
Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək.
Konstitusiya Məhkəməsindən sonra sənədə parlamentdə baxılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz