Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edildi


Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top