İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 558, yaralananların sayı 1835 nəfərə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad Beyrutda mətbuata açıqlamasında bildirib.
“Ölənlər arasında 50 uşaq, 94 qadın və 4 təcili yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, - deyə o bildirib.
***11.40
İsrailin Livanın cənub və şərqində yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492, yaralananların sayı 1645 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, hava hücumları nəticəsində 35 uşaq və 58 qadın ölüb.
Qeyd edək ki, bundan əvvəl 325 nəfərin öldüyü, 1200 nəfərin yaralandığı bildirilmişdi.