İran Prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların yeni raunduna başlamağa çalışacaq.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Telegram” kanalında yayımladığı videoda deyib.
“Mən Nyu-Yorkda prezidentdən bir neçə gün çox olacağam və başqa ölkələrin xarici işlər nazirləri ilə daha çox görüşüm olacaq. Biz nüvə məsələləri üzrə danışıqların yeni raunduna başlamağa çalışacağıq”, - Əraqçi bildirib.