İsrail Livana zərbələr endirdi – 100 nəfər öldü


İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”la əlaqəli olan 300-dən çox hədəfə zərbə endirib.

Yeniavaz.com xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində azı 100 nəfər ölüb, daha 400 nəfər yaralanıb.
Kütləvi hücumlar sentyabrın 23-ü səhər saatlarında başlayıb. “Əl-Cəzirə” telekanalının məlumatına görə, onlar Livanın cənubunda “Hizbullah”ın ən güclü mövqelərinə malik olan onlarla şəhəri vurublar.
“Reuters” yazır ki, hücumlardan əvvəl Livanın cənubundakı sakinlərin telefonlarına zəng gəlib, “Hizbullah”ın istifadə etdiyi hər hansı obyektdən dərhal ən azı bir kilometr uzaqlaşmalarını tələb edilib. Livanın informasiya naziri Ziyad Makari agentliyə bildirib ki, belə bir çağırış nazirliyin Beyrutdakı baş qərargahına da gəlib. İşçilər evakuasiya etməkdən imtina ediblər. Makari bu çağırışı psixoloji müharibə elementi adlandırıb. İsrail ordusu Livandakı bütün şəbəkə və platformalara evakuasiya zərurəti barədə xəbərdarlıqlar yaydığını təsdiqləyib.
İsrail ordusunun hərəkətlərinə cavab olaraq, “Hizbullah” İsrailin şimalındakı hərbi bazalara 35 raket atıb, lakin bu hücumlar insan itkisinə və ya ciddi ziyana səbəb olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top