“Qəzzada qalan girovların ancaq yarısı sağdır” – Netanyahu


Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan 97 israilli girovdan yalnız yarısı sağ qalıb.
Yeniavaz.com
“The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu parlamentin qapalı iclasındakı çıxışında bildirib.
“Bizdə olan məlumata görə, Qəzzada qalan 97 girovun ancaq yarısı sağdır”, - İsrail Baş Naziri qeyd edib.
Nəşrin yazdığına görə, bu günə qədər İsrail Müdafiə Qüvvələri (IDF) yalnız 33 girovun öldüyünü təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top