Tələbələrin köçürülməsi prosesi başa çatdı


2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul -1 avqust tarixində aparılıb.
Qeyd edilib ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.
“Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top