Belçikalı rəssam Rene Maqritin “İşıq İmperiyası” seriyasından nadir rəsm əsəri Nyu-Yorkdakı “Christie's” hərracında 95 milyon dollardan çox qiymətə satıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, əsər kətan interyer dizayneri Mika Ertequnun kolleksiyasındandır.
Kanalın məlumatına görə, hərrac noyabrın 19-da baş tuttacaq. Ertequnun kolleksiyasının xüsusi axşam və gündüz hərracı da daxil olmaqla iki onlayn satış keçiriləcək. Gəlirlərin böyük hissəsi xeyriyyə təşkilatlarına köçürüləcək.
CNN əlavə edir ki, Maqritin tablosu bu məbləğə satılsa, bu, həmin sahədə satışların azalmasından sonra həm hərrac evi üçün, həm də sürrealist rəssam üçün rekord məbləğ olacaq.