Moskvanın Novodeviçye qəbiristanlığında naməlum şəxs məşhur “Şən və hazırcavablar klubu” (KVN) televiziya verilişinin aparıcısı Aleksandr Maslyakovun məzarını dağıdıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, mühafizəçilər məzarı dağıdan şəxsi saxlayıb və polisə təhvil verilməsi üçün qəbiristanlıqdan çıxarıblar.
Bildirilir ki, artıq qəbiristanlıqda təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Xatırladaq ki, Aleksandr Maslyakov sentyabrın 8-də 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Maslyakov 1964-cü ildən KVN-ə rəhbərlik edib və 2022-ci ilə qədər televiziya proqramına aparıcılıq edib. KVN televiziya verilişi Rusiya və eləcə də keçmiş SSRİ ölkələrində, o cümlədən də Azərbaycanda maraqla izlənən proqramlardan biri olub.