Azərbaycan əhalisinin gəlirlərinin yarıdan çoxu 2 mənbədən əldə edilir


Bu ilin ilk yarısında Azərbaycanda adambaşına düşən orta aylıq gəlir 348 manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, adambaşına düşən ümumi gəlirlərin 37,8%-ni və ya 130,7 manatını muzdlu işlə əlaqədar əldə edilən gəlirlər (əmək haqqları) təşkil edib.
Qeyd edək ki, şəhər yerlərində bu göstərici daha yüksək olub - 46% və ya 164,8 manat.  
Özüməşğulluqdan əldə olunan gəlirlər isə ümumi gəlirlərin 32,1%-ni və ya 111,6 manat təşkil edib. Şəhər yerlərində isə özüməşğulluqdan əldə olunan gəlirlər ümumi gəlirlərin 23,7%-nə və ya 85 manata bərabər olub.
  
Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top