“Biz Kiyevin Moskvanı bombalamasına icazə verə bilmərik” – Antonio Tajani


“Biz Kiyevin Moskvanı bombalamasına icazə verə bilmərik”.
Yeniavaz.com
xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
Ukraynaya dəstək barədə sualı cavablandıran Antonio Tajani qeyd edib ki, İtaliyanın xətti dəyişmir: “Amerikalılar da Qərb silahlarının Rusiyada istifadəsinə yaşıl işıq yandırmadılar. Doqquzuncu hərbi yardım paketində biz “Samp-T” raketləri göndərəcəyik, lakin Kiyevin Moskvanı bombalamasına icazə verə bilmərik. Zelenski isə heç vaxt bundan şikayət etməyib”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bildirib ki, o, Qərbi Kiyevi Rusiyadakı hədəflərdə Qərb silahlarından istifadə etməyə icazə verməyə çağırıb, lakin hələlik ABŞ-dan razılıq almayıb.
Bu yaxınlarda Avropa Parlamentinin üzvləri Aİ ölkələrindən Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı Qərb silah sistemlərindən istifadə etməsinə mane olan mövcud məhdudiyyətləri aradan qaldırmağı tələb edən qətnamə qəbul ediblər.

DİGƏR XƏBƏRLƏR

Top