
İranın Cənubi Xorasan əyalətində baş verən 5,2 bal gücündə zəlzələsi nəticəsində 28 nəfər xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
***18:04
İranın Cənubi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələsi baş verib.
Yeniavaz.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilmir.