İsrailin Fələstinə hərbi müdaxiləsindən sonra 173 jurnalist həlak olub


Ötən ilin oktyabrında İsrailin Fələstinə hərbi müdaxiləsindən sonra bölgədə 173 jurnalistin həlak olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı Qəzza hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə münaqişə başlayandan ən azı 116 jurnalistin ölümünü təsdiqləyə bilib. Bildirilir ki, Qəzzada öldürülən jurnalistlərdən 111-i fələstinli olub. Bundan başqa 3 livanlı və 2 israilli jurnalist də həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top