İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 45-ə çatıb


Sentyabrın 20-də İsrailin Beyrutun cənub ətrafına hava hücumu nəticəsində ölənlərin sayı 31-dən 45-ə yüksəlib, 68 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarından sonra binaların dağıntıları altından bir neçə naməlum cəsəd çıxarılıb.
“Patoloqlar hava hücumunda ölənlərin şəxsiyyətini müəyyən etmək üçün DNT nümunələri götürüblər”, - məlumatda deyilir.
Sentyabrın 21-də Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad bildirib ki, qurbanlar arasında üç uşaq və yeddi qadın var.
Bundan əvvəl şiə “Hizbullah” partiyasının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi liderin və 14 döyüşçünün həlak olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top