“Volkswagen” 30 min işçisini ixtisar edə bilər


““Volkswagen” idarə heyəti 30 minə qədər işçinin ixtisarını müzakirə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilir ki, Volfsburqdakı əsas VW zavodunda 70 min işçidən 40 mini inzibati işlə məşğul olur və direktorlar şurası artıq idarəetmə xərclərini 20% azaltmaq qərarına gəlib.
Emden və Osnabrückdəki fabriklərin 10 mindən çox işçisi də risk altındadır - onların istehsal gücləri kifayət qədər yüklənməmişdir, bu da müəssisələrin gəlirli olmasına imkan vermir. Salzgitterdəki komponent istehsalı zavodunda da işlər yaxşı getmir (7,5 min iş yeri).
VW Tsvikkau zavodunun və qismən Hannoverdəki zavodun təyinatının dəyişdirildiyi elektrik avtomobillərinə artan tələbatla ümidlərini bağlayır. Belə olan halda gələcəkdə müəssisələrin bağlanmasının və kütləvi ixtisarların qarşısını almaq mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top