“ABŞ-nin gələn həftə ayırmağı planlaşdırdığı Ukrayna üçün yeni silah paketinin həcmi 375 milyon dollar olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Nəşr qeyd edir ki, Amerikanın Kiyevə hərbi yardımının yeni paketinə patrul katerləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri və digər silahlar daxildir..