Xankəndidə illər sonra ilk toy keçirildi – Fotolar


Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutub.
Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçirilir.
Qeyd edilir ki, Kərimlilər ailəsi Şuşa şəhərində yaşayır. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzib və toy keçiriləcək restorana gedib.
 

DİGƏR XƏBƏRLƏR

Top