Ronaldo niyə “YouTube” kanalı açdığını açıqladı


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya komandalarının hücumçusu Kriştianu Ronaldo niyə “YouTube” kanalı açdığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Ronaldo “YouTube” kanalı haqqında fikrin çoxdan beynində olduğunu bildirib.
“Bu fikir mənim beynimdə çoxdan idi. Kanal mənə dünyanın istənilən yerindən insanlarla əlaqə saxlamaq imkanı verir”, - deyən Ronaldo karyerası ərzində ona dəstək olan hər kəsə borclu olduğunu qeyd edib.
Qeyd edək ki, Ronaldonun “YouTube” kanalına 60 milyondan çox insan abunə olub. Futbolçu 24 saat ərzində “YouTube”da ən çox abunəçisi olan şəxs kimi Ginnesin Rekordlar Kitabına düşüb - 19 729 827.

DİGƏR XƏBƏRLƏR

Top