Xamenei 3000-ə yaxın məhkumu əfv etdi


İranın ali dini lideri Ayətullah Əli Xamenei Məhəmməd peyğəmbərin mövludu münasibəti ilə 3000-ə yaxın məhbusu əfv edib və ya həbs cəzasını azaldıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məhkəmə hakimiyyətinin başçısı Höccətül-İslam Mohseni Eceyi cəzanın azaldılması, yüngülləşdirilməsi və ya əfv edilməsi xahişi ilə Ayətullaha müraciət edib.
Xamenei müraciəti qəbul edib və müvafiq əmr verib.
Məlumata görə, Əli Xamenei 2870 məhkumun cəzasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top