ABŞ Maska qarşı sanksiya tətbiq edə bilər


ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası amerikal iş adamı, milyarder İlon Maskı sanksiyalarla hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı komissiyadakı mənbələrə istinadla məlumat yayıb.
Buna səbəb kimi Maskın “Twitter”i (“X”i) alması ilə bağlı istintaq çərçivəsində ifadə verməkdən imtina etməsi göstərilib.
Həmçinn, komissiya Maskın məhkəmə qərarını pozduğunu iddia edib.
Məhkəmənin məlumatına görə, Mask sentyabrın 10-da keçirilən komissiyanın iclasında iştirak etməyib. Vəkilləri isə komissiya üzvlərinə milyarderin “SpaceX” şirkətinin raket buraxılışında iştirak etmək zərurəti ilə əlaqədar məhkəmədə iştirak etmədiyini bildirib.
Bununla belə, komissiya bildirib ki, o, Maska planlaşdırılan görüş barədə bir neçə gün əvvəl məlumat verib. Vəkillər isə Maskın iştirak etməyəcəyini bir neçə saat əvvəl bildiriblər.
Komissiya həmçinin qeyd edib ki, sahibkar oktyabrda ifadə verməyəcəyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi ilə bağlı vəsatət qaldıracaq.
Qeyd edək ki, 27 oktyabr 2022-ci ildə Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verib və onu ifadə verməyə məcbur edib.

DİGƏR XƏBƏRLƏR

Top