Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Fosten-Arkanj Tuadera “Vaqner” özəl hərbi şirkətinin (PMC) komandiri Dmitri Podolskini təhlükəsizlik üzrə müşavir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə beynəlxalq jurnalist Abbas Cümə öz “Telegram” kanalında məlumat yayıb.
“Vaqner” PMC-nin komandiri Dmitri Podolski (“Salem”) Mərkəzi Afrika Respublikası Prezidentinin təhlükəsizlik üzrə müşaviri oldu”, - beynəlxalq jurnalist bildirib.
O, təyinatın təfərrüatlarının daha sonra dərc ediləcəyini vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında MAR Prezidenti Rusiya hakimiyyəti ilə razılıq əldə edildiyini bildirmiş və təhlükəsizliyi təmin etmək üçün minə yaxın “Vaqner” döyüşçüsünün ölkədə qalacağını qeyd etmişdi.