
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat verib.
“Bu, mənim Kiyevə səkkizinci səfərimdir”, - deyə fon der Lyayen bildirib.
AK rəhbəri Kiyevdə G7-dən Ukraynaya kredit verilməsi məsələsini, həmçinin, müdafiə məsələlərini müzakirə etmək niyyətindədir.