
Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin təklif etdiyi növbəti beş il üçün Avropa komissarlarının siyahısını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Şura Avropa Komissiyasının seçilmiş prezidenti ilə ümumi razılığa əsasən, 31 oktyabr 2029-cu il tarixinədək Avropa Komissiyasına üzv təyin olunmaq üçün təklif etdiyi şəxslərin siyahısını təsdiqləyib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Fon der Lyayen yeni Avropa komissarlarının adlarını və portfellərini çərşənbə axşamı təqdim edib. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Bundan sonra Avropa Komissiyasının yeni tərkibi noyabrın 1-də işə başlaya bilər.