
Venesuela Baş Prokurorluğu ABŞ-nin Buenos-Ayresdə yerləşən Venesuela “Emtrasur” təyyarəsini müsadirə etdiyi üçün Argentina Prezidenti Xavyer Muleyin saxlanması üçün order verilməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
“Baş Prokurorluq müvafiq prosessual hərəkətlərə başladığını və aşağıdakı vətəndaşlar - Argentina Prezidenti Xavyer Miley, Prezident Aparatının Baş Katibi Karina Miley və Argentina Təhlükəsizlik naziri Patrisiya Bullriçin həbsinə orderlər hazırlayan bu mövzuda ixtisaslaşmış iki prokuroru təyin etdiyini elan edir”, - deyə Saab mətbuat konfransında bildirib..
Onun sözlərinə görə, Venesuela Baş Prokurorluğu Miley və onun hökumət üzvlərini ağırlaşdırılmış oğurluq və çirkli pulların yuyulmasında ittiham edir.
Saab həmçinin bildirib ki, prokurorluq Miley və Bullriçi Argentinada polisin etirazçılara qarşı güc tətbiq etməsi halları ilə bağlı insan hüquqlarının pozulması ilə bağlı araşdırma aparır.
“Onlar Argentina xalqına qarşı törətdikləri əməllərə görə ədalət qarşısında cavab verməli olacaqlar”, - o əlavə edib.
Baş prokurorun fikrincə, Argentina hökumətinin hərəkətləri Venesuelada universal yurisdiksiya əsasında araşdırıla bilər.