İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan etdi


“İsrail hərbi səylərinin ağırlıq mərkəzini şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə deyib.
“Ağırlıq mərkəzi şimala doğru dəyişir. Biz qüvvələri, resursları və enerjini şimala doğru hərəkət etdiririk. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və uyğunlaşmaq lazımdır”, - Qalant əlavə edib.
Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi sadə və aydındır: şimaldakı yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması.
 
 

DİGƏR XƏBƏRLƏR

Top