FED dörd ildən sonra uçot dərəcəsini aşağı saldı


ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasdan sonra uçot dərəcəsinin azaldılmasını elan edib.
Yeniavaz.com
xəbər verir ki, uçot dərəcəsi 50 baza bəndi - 5,25-5,5%-dən 4,75-5%-ə endirilib.
Tənzimləyici uçot dərəcəsinin azaldılmasının davam edəcəyini açıqlayıb: FED 2024-cü ilin sonuna qədər uçot dərəcəsinin 4,4%, 2025-ci ilin sonuna isə 3,4% səviyyəsində olacağını gözlədiyini bildirib.
Qeyd edək ki, FED sonuncu dəfə 2020-ci ildə koronavirus pandemiyası fonunda iqtisadi tənəzzülün qarşısını almaq üçün uçot dərəcəsini endirib. Pandemiyadan sonra qeydə alınan rekord inflyasiya fonunda FED 2022-ci ildə faiz artımı dövrünə başlayıb.
Məzənnə 2023-cü ilin iyul ayından etibarən 5,25-5,5% səviyyəsində saxlanılıb. Bu, 20 ildən artıq müddətdə ən yüksək dəyər olub.

DİGƏR XƏBƏRLƏR

Top